Tez-tez verilən suallar

1. Kompüterim niyə zəif işləyir?

-Kompüterinizin zəif işləməsinin bir neçə səbəbi ola bilər.Əgər hər hansı texniki problemi yoxdursa, o zaman birinci virus olub-olmadığını yoxlamaq lazımdır.Digər tərəfdən “task manager” vasitəsiylə kompüterin resurslarının necə istifadə olunduğuna və hansı proqramın istifadə etməsinə baxmaqla problemin nədən qaynaqlandığını aşkar edə bilərsiniz.

2. PC-nı format edirəm 15-20 dəqiqə yaxşı işləyir, sonra başlıyır donmağa.Nədən ola bilər?

-İlk olaraq HDD-ni HDD Regeneratorla yoxlayın, bad sectorları düzəltməyə çalışın. Əgər delaylar və BAD sectorlar tam həll olunmursa, sayı çoxdursa HDD-ni dəyişəsi olacaqsınız.

3. Evdə internetimin sürəti zəifdir. Nə edim?

-Çalışın müxtəlif proqramlarla internetin sürətini yoxlayın.Onlardan ən çox istifadə olunanını və etibarlısı www.speedtest.net-dir. Əgər provayderin sizə təqdim etdiyi sürət ilə real aldığınız sürətdə fərq varsa, modemə gələn xətti birbaşa kompüterinizə qoşub elə sürəti yoxlayın.Yenə də eyni nəticəni alırsınızsa o zaman provayderinizlə əlaqə yaradın.

4. Wifi parolunun qorunması üçün (Bir sıra proqramlarla parolun başqa şəxslər tərəfindən öyrənilməməsi üçün) nə eləyə bilərəm?

-İlk olaraq wps pin özəlliyini deaksivasiya etmək, WPA2-PSK  şifrələmə metodu istifadə edərək daha müəkkəb şifrə istifadə etmək , SSID -nin broadcast-ını disable etmək.  Eyni zamanda MAC filter-dən istifadə edərək sadəcə müəyyən istifadəçilər üçün qoşulma imkanı da verə bilərsiniz.

5. Qovluğa ad verənde 0x80004005 bu şəkildə error verir. Bunu necə həll edə bilərəm? 

1- start->control panel->device manager
2- view menyusunda “Show hidden devices” hissəsini seçirik
3- Network adapters olan qolu açırıq
4- Çoxlu sayda “Microsoft 6to4” adlı adapterlər görəcəksiniz
5- Həmin adapterləri silin
6- Kompüteri restart edin

Restart etdikdən sonra qovluğ adını yenidən dəyişməyə cəhd edin. Nəticəni bizimlə bölüşməyi unutmayın.