Haqqımızda

“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi 21 oktyabr 2016-cı ildə Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan (No1116-Q55-3406) keçmişdir. İctimai birliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının İKT sahəsində maarifləndirilməsidir.

2017-ci ildə “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fərdi məlumatların qorunması üsulları və kibertəhdidlərə qarşı mübarizə” layihəsi çərçivəsində jurnalistlər, QHT nümayəndələri, sahibkarlar və gənclərin iştirakı ilə dəyirmi masalar keçirilmişdir.

2018-ci ildə “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İKT sahəsində təhlükəsizlik qaydalarını təbliğ edən portalın yaradılması” layihəsini həyata keçirmişdir.