ISECURITY

YENİ TƏHLÜKƏ “LEAKERLOCKER”

Bu dəfə Android istifadəçilərini özünə hədəf seçən yeni virus hücumu Google Play Store-da saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur. LeakerLocker şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçələrinizi, e-poçtlarınızı ələ keçirdiklərini iddia edərək müəyyən məbləğ qarşılığında sizi təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir. Qeyd edək ki, minlərlə Android istifadəçiləri bu virusdan zərər şəkmişdirlər. Virus telefonunuza yoluxduqdan sonra onu kilidə salaraq: “Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülmüşdür. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz.”

LeakerLocker təhlükəsi McCafe kibertəhlükəsizlik qurumu tərəfindən Google-un  rəsmi tətbiqlər marketi olan Play Store-dakı iki tətbiqdə “Wallpapers Blur HD ” və “Booster & Cleaner Pro” proqramlarında aşkar edilmişdir. McCafe şirkətinin açıqlamasına görə hər 2 tətbiq barədə Google şirkətinə məlumat verilmişdir və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Amma buna baxmayaraq LeakerLocker hər hansı bir proqramlar endirilərkən belə yenə də mobil telefonunuza yoluxma təhlükəsi vardır.

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyı edir:

Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 qaynar xəttinə zəng etməyiniz və ya team@cert.az elektron ünvanına yazmağınız tövsiyə olunur.

Mənbə: www.cert.az

Exit mobile version