Mobil internet orta yükləmə sürəti 110,80 Mbps (DL), orta köçürmə sürəti 15,05 Mbps (UL) qeyd edilmişdir. Sabit genişzolaqlı internetin orta yükləmə sürəti 121,77 Mbps (DL), orta köçürmə sürəti 61,43 Mbps (UL) qeyd edilmişdir.

Ölkəmiz üzrə göstəricilər aşağıdakı kimidir.

Mobil internet üzrə reytinqdə ölkəmiz iki pillə irəliləyərək 48-ci pilləyə qalxmışdır, orta yükləmə sürəti 94,64 Mbps (DL), orta köçürmə sürəti 23,79 Mbps (UL) qeyd edilmişdir.
Sabit genişzolaqlı internetin sürəti üzrə reytinqdə ölkəmiz mart ayına nisbətən 1 pillə geriləyərək 82-ci pilləyə enib, orta yükləmə sürəti 91,57 Mbps (DL), orta köçürmə sürəti 93,24 Mbps (UL) qeyd edilmişdir.

Bakı şəhəri mobil internetin orta sürətinə görə 83-cü yeri qoruya bilmişdir, yükləmə sürəti 114,26 Mbps (DL), orta köçürmə sürəti 29,18 Mbps (UL) olmaqla qeyd edilmişdir.
Aprel ayında Bakı şəhəri sabit genişzolaqlı internetin orta sürətinə görə 202 şəhər arasında orta yükləmə sürəti 91,71 Mbps (DL), orta köçürmə sürəti 93,45 Mbps (UL) olmaqla 1 pillə irəliləyərək 113-cü yerdə qərarlaşmışdır.



