iSecurity.az xəbər verir ki, domen adların qeydiyyatı şirkəti online.az bütün istifadəçilərə kibertəhlükəsizlik qaydaları barədə xəbərdarlıq göndərib. Xəbərdarlığın mətni aşağıdakı kimidir:

“Hörmətli müştərilər,

Sizə göstərilən xidmətlərin təhlükəsizliyini daha da gücləndirmək məqsədilə hesablar üçün şifrələrin hər 6 aydan bir yenilənməsi qaydasını tətbiq etdik.

Bu addım, hesablarınızda saxlanılan şəxsi məlumatların, eləcə də domenlərinizə aid DNS qeydlərinin icazəsiz müdaxilədən qorunması üçün vacibdir. DNS məlumatlarının dəyişdirilməsi saytlarınızın başqa ünvana yönləndirilməsinə və ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Təhlükəsizliyiniz üçün həmçinin aşağıdakıları nəzərə almağınızı xahiş edirik:
                Hesabınıza yalnız şəxsi cihazlardan daxil olun.
        •       Əgər kənar və ya ictimai komputer istifadə etmisinizsə, mütləq çıxış (logout) edin.
        •       Şifrənizi üçüncü şəxslərlə paylaşmayın.
        •       Eyni şifrəni uzun müddət istifadə etməyin.
        •       Sadə şifrə seçməyin — hərflər, rəqəmlər və işarələrin kombinasiya olunması tövsiyə olunur.
Bu qaydalar hesablarınızın müdafiəsi üçün beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğundur və sizin təhlükəsizliyiniz üçün tətbiq olunur.
Anlayışınız və əməkdaşlığınız üçün təşəkkür edirik.

Online.az”

top_banner