Yanvarın 27-də Bakıda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə, Ookla, Azərbaycan Turizm Bürosu və Azərbaycan Otel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti keçirilir.

Sammit dövlət və özəl sektor nümayəndələrini bir araya gətirərək turizmin inkişafı və beynəlxalq tədbirlərin uğurla təşkili üçün etibarlı və yüksək keyfiyyətli internet bağlantısının əhəmiyyətinin müzakirə olunmasına şərait yaradır. Tədbirdə dünya səviyyəli rəqəmsal xidmətlərin yaradılmasının iqtisadi və strateji üstünlükləri xüsusi vurğulanır.

Eyni zamanda, sammit çərçivəsində qonaqpərvərlik sektorunda dünya səviyyəli rəqəmsal təcrübənin təmin edilməsinin faydaları, eləcə də Azərbaycanın “Speedtest Certified™” proqramına yeni yanaşmanı pilot şəkildə tətbiq etmə imkanları müzakirə olunacaq.

Tədbir bilik və təcrübə mübadiləsi, həmçinin gələcək əməkdaşlıqların qurulması baxımından mühüm platforma kimi qiymətləndirilir.

top_banner