Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə noyabr ayı hesabatı yenilənmişdir. Hesabata əsasən dünya üzrə mobil və sabit genişzolaqlı internetin orta sürəti aşağıdakı kimi olmuşdur.

Ookla ranking november 2025

Mobil internet orta yükləmə sürəti 103,01 Mbps (DL), orta  köçürmə sürəti 14,27 Mbps (UL) qeyd edilmişdir. Sabit genişzolaqlı internetin orta yükləmə sürəti 115,43 Mbps (DL),  orta köçürmə sürəti 58,94  Mbps (UL) qeyd edilmişdir.

iSecurity.az  “Speedtest Global Index”ə istinadən xəbər verir ki, ölkəmiz üzrə göstəricilər aşağıdakı kimidir.

Azərbaycanda mobil və genişzolaqlı internetin orta sürəti açıqlanıb

Mobil internet üzrə reytinqdə ölkəmiz 1 pillə irəliləyərək 52-ci pilləyə qalxıb,  orta  yükləmə  sürəti  83,37  Mbps (DL),  orta  köçürmə  sürəti 21,60 Mbps (UL) qeyd edilmişdir.

Sabit genişzolaqlı internetin sürəti üzrə reytinqdə ölkəmiz oktyabr ayına nisbətən 1 pillə geriləyərək 85-ci pilləyə enib, orta yükləmə sürəti 86,15 Mbps (DL), orta köçürmə sürəti 87,68 Mbps (UL) qeyd edilmişdir.

Bakı şəhəri mobil və genişzolaqlı internetin orta sürəti açıqlanıb

Bakı şəhəri mobil internetin orta sürətinə görə 1 pillə geriləyərək 80-cı yerdə qərarlaşmışdır, yükləmə sürəti 104,70 Mbps (DL), orta köçürmə sürəti 27,64 Mbps (UL) olmaqla qeyd edilmişdir.

Noyabr ayında Bakı şəhəri sabit genişzolaqlı internetin orta sürətinə görə  200 şəhər arasında orta yükləmə sürəti 85,88 Mbps (DL),  orta köçürmə sürəti 87,44 Mbps (UL) olmaqla 1 pillə irəliləyərək 115-ci yerdə qərarlaşmışdır.

top_banner