Ookla şirkəti ölkələr üçün internet sürətləri üzrə dekabr ayı hesabatı yenilənmişdir. Hesabata əsasən dünya üzrə mobil və sabit genişzolaqlı internetin orta sürəti aşağıdakı kimi olmuşdur.

Mobil internet orta yükləmə sürəti 105,70 Mbps (DL), orta köçürmə sürəti 14,78 Mbps (UL) qeyd edilmişdir. Sabit genişzolaqlı internetin orta yükləmə sürəti 118,59 Mbps (DL), orta köçürmə sürəti 59,45 Mbps (UL) qeyd edilmişdir.
Ölkəmiz üzrə göstəricilər aşağıdakı kimidir.

Mobil internet üzrə reytinqdə ölkəmiz 1 pillə geriləyərək 53-cü pilləyə enib, orta yükləmə sürəti 87,92 Mbps (DL), orta köçürmə sürəti 22,93 Mbps (UL) qeyd edilmişdir.
Sabit genişzolaqlı internetin sürəti üzrə reytinqdə ölkəmiz noyabr ayına nisbətən 1 pillə geriləyərək 86-cı pilləyə enib, orta yükləmə sürəti 88,83 Mbps (DL), orta köçürmə sürəti 90,74 Mbps (UL) qeyd edilmişdir.

Bakı şəhəri mobil internetin orta sürətinə görə 1 pillə irəliləyərək 80-ci yerdə qərarlaşmışdır, yükləmə sürəti 106,70 Mbps (DL), orta köçürmə sürəti 29,15 Mbps (UL) olmaqla qeyd edilmişdir.
Dekabr ayında Bakı şəhəri sabit genişzolaqlı internetin orta sürətinə görə 199 şəhər arasında orta yükləmə sürəti 88,14 Mbps (DL), orta köçürmə sürəti 90,03 Mbps (UL) olmaqla 1 pillə geriləyərək 116-cı yerdə qərarlaşmışdır.



