Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı – “Paysis” MMC-nin fəaliyyətini dayandırıb.

Məlumata görə, buna səbəb şirkətə və onun rəhbərinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı cinayət işini başlanılmasıdır. Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, “Paysis”ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib.

iSecurity.az xəbər verir ki, artıq e-pul.az üzərindən ödəniş etmək mümkün deyildir. Səhifəyə daxil olarkən istifadəçilər bu tipli “Dəyərli istifadəçilər, texniki işlərlə bağlı müvəqqəti olaraq xidmət aktiv deyil. Daha mükəmməl sistem tezliklə yenidən ixtiyarınıza veriləcək. Anlayışınız üçün təşəkkür edirik.” ismarıcla rastlaşırlar.

top_banner